Azərbaycanda 47 uşaq himayədar ailələrə verilib

Azərbaycanda 47 uşaq himayədar ailələrə verilib

Hazırda oxunan: Azərbaycanda 47 uşaq himayədar ailələrə verilib

252283

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən dövrdə 47 uşaq himayədar ailələrə verib.

Bu barədə Bizim.Media-ya nazirlikdən məlumat verilib.
 

Bildirilib ki, bununla əlaqədar qanunvericiliyə uyğun olaraq dövlət qurumu ilə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.


Qeyd olunub ki, himayədar ailələrə verilən uşaqlardan 18-i oğlan, 29-u qızdır. Həmin 47 uşaqdan 25-i hazırda Bakı şəhərində, 22-i rayonlardakı (Ağcabədidə 1, Astarada 1, Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 1, Göyçayda 1, Göygöldə 3, Xaçmazda 2, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1, Şəmkirdə 4, Zaqatalada 1 ailə) ailələrdə yaşayırlar.

Ailələrə himayəyə götürdükləri 0-6 yaş arası uşağa görə 355 manat, 7-13 yaş arası uşağa görə 375 manat, 14-18 yaş arası uşağa görə 395 manat, habelə əlilliyi olan 0-6 yaş arası uşağa görə 395 manat, 7-13 yaş arası uşağa görə 415 manat, 14-18 yaş arası uşağa görə 435 manat aylıq müavinət verilir.

Qeyd edək ki, hər il mayın 31-i bir sıra ölkələrdə Dünya Himayədar Ailə Günü kimi qeyd olunur.

Bu günün qeyd olunmasında məqsəd valideyn himayəsindən məhrum olan uşaqları ailə şəraitində müvəqqəti böyüdən himayədar ailələrin əhəmiyyətini vurğulamaq, onları dəstəkləməkdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO