Tərtər rayonu, Qızıloba kəndində minaya düşən Tərtər rayonunun Yuxarı Qaradağlı kənd sakini Telman Əhməd oğlunun sağ ayağı amputasiya ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Bərdə rayon Mərkəzi Xəstəxanasından bildirilib:
“Bu gün saat 20:30 radələrində minaya düşmə səbəbilə xəsarət alan 1978-ci il təvəllüdlü şəxs (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Sağ aşıq baldırının travmatik amputasiyası, sağ baldırın qəlpə yarası diaqnozu təyin edilən pasiyentin üzərində sağ baldır ayaq oynağının şopar oynağı amputasiyası əməliyyatı icra olunacaq”.
Qeyd edilib ki, hazırda yaralının müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:37 / 30.05.2025
Tərtərdə minaya düşən çobanın sağ ayağı amputasiya ediləcək
Hazırda oxunan: Tərtərdə minaya düşən çobanın sağ ayağı amputasiya ediləcək
Hazırda oxunan: Tərtərdə minaya düşən çobanın sağ ayağı amputasiya ediləcək
252260
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.