Zaqatalada qəza baş verib, iki nəfər yaralanıb

Zaqatalada qəza baş verib, iki nəfər yaralanıb

Hazırda oxunan: Zaqatalada qəza baş verib, iki nəfər yaralanıb

252258

Zaqatalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatala şəhərində, Tala çayı üzərindəki “Asma körpü” üzərində motosikletlə minik avtomobili toqquşub.

Qəza zamanı xəsarət alan Yuxarı Tala kənd sakini 24 yaşlı Rövşən Qurbanov və Qımır kənd sakini 32 yaşlı Tamerlan Əhmədov müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Hər iki yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə korpusuna yerləşdirliblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO