İqtisadiyyat naziri Mikayıl Cabbarov Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb.
Nazirlikdən Bizim.Media-ya bildirilib ki, görüşdə işgüzar dairələr arasında əlaqələrin inkişafı perspektivləri müzakirə olunub.
Azərbaycanın əlverişli biznes və investisiya mühitinin alman şirkətlərinin ölkəmizdə fəaliyyətinin genişləndirilməsinə yaratdığı imkanlar diqqətə çatdırılıb. Tərəflər, həmçinin iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı biznes və ticarət əlaqələrinin dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüş çərçivəsində Alman İqtisadiyyatının Şərq Komitəsi, AZPROMO və Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən “Azərbaycan və Almaniya şirkətləri arasında ticarət, iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi üzrə yol xəritəsi” imzalanıb.
Qeyd edək ki, sənədin icrası ikitərəfli iqtisadi-ticarət və investisiya əməkdaşlığının gücləndirilməsini, birgə təşəbbüslərin reallaşdırılmasını stimullaşdıracaq
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
04:51 / 31.05.2025
Almaniya şirkətləri ilə ticarət əlaqələrinin genişləndirilməsi üzrə yol xəritəsi İMZALANDI
Hazırda oxunan: Almaniya şirkətləri ilə ticarət əlaqələrinin genişləndirilməsi üzrə yol xəritəsi İMZALANDI
Hazırda oxunan: Almaniya şirkətləri ilə ticarət əlaqələrinin genişləndirilməsi üzrə yol xəritəsi İMZALANDI
252256
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.