Ali Məclisin yaz sessiyası BAŞA ÇATDI - FOTO

Ali Məclisin yaz sessiyası BAŞA ÇATDI - FOTO

Hazırda oxunan: Ali Məclisin yaz sessiyası BAŞA ÇATDI - FOTO

252255

Mayın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə 2025-ci il yeddinci çağırış Ali Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib.

Ali məclisin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, iclasın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci ilin yaz sessiyası dövründə fəaliyyəti və cari məsələlərin müzakirəsi daxil edilib.

Ali Məclis Aparatının rəhbəri Ülvi Hüseynli Naxçıvan yaz sessiyası dövründəki fəaliyyətlə bağlı məlumat verib. Gündəlikdə duran ikinci məsələ ilə bağlı deputatlardan Arzu Abdullayev, Emin Şıxəliyev, Rafiq Novruzov və Pərvin Nəcəfsoy çıxış ediblər.

Sonra Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il yaz sessiyasını bağlı elan edib və Dövlət Himni səsləndirilib. Bununla da Ali Məclisin 2025-ci il yaz sessiyasının sonuncu plenar iclası başa çatıb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO