Bakıda daha 3 narkokuryer tutuldu - VİDEO

Bakıda daha 3 narkokuryer tutuldu - VİDEO

Hazırda oxunan: Bakıda daha 3 narkokuryer tutuldu - VİDEO

252213

Bakının Nəsimi rayonunda daha 3 narkokuryer saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunan şəxslər - 52 yaşlı Toğrul Rüstəmov, tanışı 62 yaşlı İlqar Əliyev və 28 yaşlı Elmir İsmayılov saxlanılıblar.

Onlardan 6 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, həşiş və psixotrop maddə metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb.
 

Onlar şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.


Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

T.Rüstəmov, İ.Əliyev və E.İsmayılovun daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri davam etdirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO