Ələt-Astara magistralının 186-cı kilometrliyində, Biləsuvar rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, əks istiqamətlərdə hərəkət edən Ford markalı yük avtomobili ilə Opel markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsində olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin vəziyyətinin xüsusilə ağır olduğu bildirilir.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu