ŞAD XƏBƏR: Bakıda 15 yeni dayanacaq pavilyonu quraşdırılacaq – BU ƏRAZİLƏRDƏ - FOTO

ŞAD XƏBƏR: Bakıda 15 yeni dayanacaq pavilyonu quraşdırılacaq – BU ƏRAZİLƏRDƏ - FOTO

Hazırda oxunan: ŞAD XƏBƏR: Bakıda 15 yeni dayanacaq pavilyonu quraşdırılacaq – BU ƏRAZİLƏRDƏ - FOTO

252185

Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə AYNA tərəfindən yeni, müasir və standartlara uyğun dayanacaq pavilyonları quraşdırılaraq sərnişinlərin istifadəsinə verilir.

Bu barədə Bizim.Media-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, 2025-ci ilin əvvəlindən bu günə kimi agentlik tərəfindən daha 15 dayanacaq pavilyonunun quraşdırılması üçün müraciət təsdiq edilib.

Dayanacaqların Babək prospekti (328 №li məktəb), Əjdər Məlikov küçəsi (iki ünvanda), 8 Noyabr prospekti (Nizami parkı), Elşən Süleymanov küçəsi 155-də, Abbas Mirzə Şərifzadə küçəsi (“Azərbaycan Nəşriyyatı”), Bəşir Bünyadov küçəsi (iki ünvanda), Süleyman Vəzirov küçəsi (Bakı Avropa Liseyi), Azadlıq prospekti (“28 Mall”), Səttar Bəhlulzadə, Afiyəddin Cəlilov və Əbdürrəhim bəy Haqverdiyev küçələrində, Lökbatan-Puta və Qala-Şüvəlan yollarında quraşdırılması nəzərdə tutulub.

Bu müddət ərzində Bakı və Sumqayıt şəhərləri üzrə marşrut xətləri ilə bağlı təhlillər aparılıb və 329 avtobus dayanacağının quraşdırılması planlaşdırılıb. 

Bakının “rəqəmsal əkiz”inin yenilənməsi üçün 75 müntəzəm marşrut üzrə dayanacaq və xətt məlumatları hazırlanıb. İlin əvvəlindən 3083 yol nişanına eyniləşdirmə nömrəsi verilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO