Sürücülərə xəbərdarlıq: Qovaq ağacının tozu avtomobilləri sıradan çıxara bilər

Sürücülərə xəbərdarlıq: Qovaq ağacının tozu avtomobilləri sıradan çıxara bilər

Hazırda oxunan: Sürücülərə xəbərdarlıq: Qovaq ağacının tozu avtomobilləri sıradan çıxara bilər

252162

Yaz və yay aylarında qovaq ağaclarının çiçəklədiyi vaxt havaya buraxdığı toxumlar təkcə allergik reaksiyalara səbəb olmur. Bu təbii hadisə avtomobillər üçün də ciddi təhlükə yaradır.

Bizim.Media “gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın Perm Milli Tədqiqat Politexnik Universitetinin mütəxəssisləri xəbərdarlıq ediblər.
 

Onların sözlərinə görə, qovaq ağacının tozu avtomobilin radiatoruna dolaraq onu tıxaya bilər, bu isə mühərrikin soyutma sisteminin pozulmasına və nəticədə həddindən artıq qızmasına gətirib çıxarır və radiatorun normal işləməsinə mane olur.


Alimlər vurğulayırlar ki, radiatorun bu cür tıxanıqlardan təmizlənməsi avtomobilin ön hissəsinin sökülməsini tələb edə bilər. Bu isə həm vaxt itkisi, həm də əlavə xərclər deməkdir.

Bundan əlavə, kondisionerlərin filtrləri vaxtında təmizlənməzsə, qovaq toxumları sistemi tıxayaraq havalandırmanı zəiflədir və mühərrikin əlavə istilik yükünə məruz qalmasına səbəb olur.

Qovaq ağaclarının aktiv pöhrələnmə dövründə sürücülərə məsləhət görülür ki, radiator və kondisioner sistemlərini mütəmadi olaraq yoxladıb təmizlətdirsinlər.

Bu, avtomobilin texniki vəziyyətini qorumağa və baha başa gələcək təmirdən yayınmağa kömək edəcək. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO