"Haribo" marmeladlarında narkotik maddə aşkarlanması ilə bağlı AQTA-dan AÇIQLAMA

"Haribo" marmeladlarında narkotik maddə aşkarlanması ilə bağlı AQTA-dan AÇIQLAMA

Hazırda oxunan: "Haribo" marmeladlarında narkotik maddə aşkarlanması ilə bağlı AQTA-dan AÇIQLAMA

252150

Xəbər verildiyi kimi Niderlandda məşhur "Haribo" marmeladlarında narkotik maddə - çətənə aşkar edilib.

Bu barədə yerli hökumət orqanları məlumat verib. Məlumata görə hadisə bir neçə nəfərin şirniyyat yedikdən sonra halının pisləşməsi ilə bağlı şikayətlərindən sonra ortaya çıxıb.
 

MÖVZU İLƏ BAĞLI:

"Haribo" marmeladlarında narkotik maddə aşkarlandı


Yoxlamalar nəticəsində şübhəli partiyada həqiqətən də narkotik tərkibli maddə tapılıb.
"Haribo" şirkəti məsələ ilə bağlı dərhal açıqlama verərək, şübhəli partiyanın satışdan geri çağırılacağını bildirib. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizdə də narahatlığa səbəb olan məsələyə münasibət bildirib. 

Rəsmi qurumdan saytımıza bildirilib ki,  sözügedən məhsul partiyasının Niderlandda satışının qadağan edilməsi və geri çağrılması ilə bağlı yayılmış məlumatlar əsasında müvafiq araşdırmalar aparılıb:

“Uyğunsuzluq aşkarlanan həmin məhsul partiyaları ölkəmizə idxal olunmayıb və bununla bağlı heç bir narahatlığa əsas yoxdur”.

Qeyd edək ki, hazırda çətənənin məhsula necə və hansı şəraitdə düşdüyü araşdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO