Milli Məclisin deputatına yeni vəzifə verildi

Milli Məclisin deputatına yeni vəzifə verildi

Hazırda oxunan: Milli Məclisin deputatına yeni vəzifə verildi

25215

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının Antikorrupsiya Təlim Mərkəzi təsis edilib.

Bizim.Media xəbər verir ki, bu barədə bu gün keçirilən Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının növbəti iclasında məlumat verilib.

Bildirilib ki, quruma Şura üzvü, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamal Cəfərov rəhbər təyin edilib.

Qeyd edək ki, Antikorrupsiya Təlim Mərkəzi prokurorluq, digər hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçuları, özəl sektorda çalışan şəxslər, tələbələr üçün korrupsiyaya qarşı mübarizə, dövlət qulluğu və özəl sektorda dürüstlük, etik dilemmalar, onların həlli yolları, düzgün davranış və s. məsələlərlə bağlı qısa və uzunmüddətli təlim, treninqlərin təqdim edilməsi yolu ilə tədris və peşə hazırlığının həyata keçirilməsi məqsədilə yaradılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO