Mayın son günü 36 dərəcə isti OLACAQ – PROQNOZ

Mayın son günü 36 dərəcə isti OLACAQ – PROQNOZ

Hazırda oxunan: Mayın son günü 36 dərəcə isti OLACAQ – PROQNOZ

252133

Mayın 31-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 40-50 % olacaq.
 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO