Lənkəran rayonunun Vilvan kəndində qanlı cinayət hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 1957-ci il təvəllüdlü kənd sakini Vəliağa Mirzağa oğlu Səbziyev axşam saatlarında mal-qarasını otlaqdan gətirmək üçün evdən çıxıb, lakin bir daha geri qayıtmayıb.
Yaxınları onun gecikdiyini görüb narahat olaraq axtarış aparıblar. Nəticədə V.Səbziyevin cansız bədəni otlaq sahəsinə gedən yolun kənarında tapılıb. İlkin məlumatlara əsasən, o, kəsici-deşici alətlə qətlə yetirilib.
Cinayətin kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Meyit müvafiq qurumlara təhvil verilib.
Sabutay, Bizim.Media, Cənub bürosu