“Bakıda böyümüşəm, Azərbaycanca ana dilim idi”

“Bakıda böyümüşəm, Azərbaycanca ana dilim idi”

Hazırda oxunan: “Bakıda böyümüşəm, Azərbaycanca ana dilim idi”

252085

"Hudutsuz Sevda"nın Qamzesi Zehra Yılmaz Azərbaycanda böyüdüyünü açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, Ceyda Düvencinin "Bambaşka söhbetler" verilişində danışıb. 

O, bildirib ki, atasının işi ilə bağlı Bakıya köçüblər:

"Orada özümü tanıdım, nə istədiyimə qərar verdim. Ana dilim Azərbaycanca oldu. Rusca oxudum, türk dilini anlayırdım. Amma insanın öz dilini bilməməsi pisdir. Başa düşürdüm, lakin aksentlə danışırdım.

Bakını çox sevirəm, uşaqlığım orada keçdi. Eləcə də Azərbaycan xalqını çox sevirəm. Həmişə deyirəm, Türkiyə ilə qan bağım, Azərbaycanla can bağım var. İki ölkənin qarışığı kimi oldum". (olay.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO