Cəlilabadda 37 yaşlı kişi qətlə yetirildi

Cəlilabadda 37 yaşlı kişi qətlə yetirildi

Hazırda oxunan: Cəlilabadda 37 yaşlı kişi qətlə yetirildi

252063

Cəlilabad şəhərində qətl hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 1988-ci il təvəllüdlü Hüseynov Bəhruz Ədalət oğlu ürək nahiyəsindən aldığı bıçaq xəsarəti nəticəsində həyatını itirib.
 

Hadisə axşam saatlarında rayonun “Kirovka” adlanan ərazisində qeydə alınıb. İlkin məlumata görə, Bəhruz Hüseynov yaşadığı evin giriş qapısında bıçaqlanıb.


Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qətlə yetirilən şəxs avtomobil təmiri ilə məşğul olurdu.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO