İnsan orqanizmində şəkərli diabeti ağır stressdən bir həftə sonra aşkar etmək mümkündür.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının akademiki, Milli Tibbi Tədqiqat Endokrinologiya Mərkəzinin və Rusiya Endokrinoloqlar Assosiasiyasının prezidenti İvan Dedov RİA Novosti-yə müsahibəsində bildirib.
Həkim bildirib ki, stress immun sistemini aşağı salır. Bu isə qanda şəkərin miqdarını artırır.
Onun sözlərinə görə, hazırda stress müxtəlif xəstəliklərin yaranmasında əsas amillərdən biri hesab olunur: “Diabet, bədənin karbohidratları düzgün həzm edə bilmədiyi oxşar xroniki xəstəliklər qrupudur. Diabet tamamilə müalicə edilə bilməz, lakin onun simptomları minimuma endirilə bilər.
Pəhriz və sağlam həyat tərzi, eləcə də düzgün müalicə və nəzarət ilə bu xəstəliyi həyat keyfiyyətini aşağı salmayacaq dərəcəyə gətirmək olar.
Həmçinin qeyd edilir ki, Semmelweis Universitetinin (Macarıstanın ən qədim tibb məktəbi) tədqiqatçıları sağlam insanlarda kiçik nevroloji anormallıqlar (neyropatiya əlamətləri) aşkar ediblər ki, bu da onların gələcəkdə II tip şəkərli diabetə tutulma riskinin artdığını göstərir. Bu simptomlara qollarda və ayaqlarda uyuşma daxildir.
Bizim.Media