Piyadanı vurub öldürən təcili yardım sürücüsünə HÖKM OXUNDU

Piyadanı vurub öldürən təcili yardım sürücüsünə HÖKM OXUNDU

Hazırda oxunan: Piyadanı vurub öldürən təcili yardım sürücüsünə HÖKM OXUNDU

252044

Bakıda piyadanı vurub öldürən təcili yardım avtomobilinin sürücüsünə hökm oxunub.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hadisə Zabrat-Maştağa yolunda baş verib.

14 saylı Təcili Tibbi Yardım Stansiyasının təcili yardım avtomobilinin sürücüsü Sultan Sultanov Zabratdan xəstə çağırışından qayıdarkən yolda piyada Şahverdi Məlikovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qeyd olunub ki, hadisəyə səbəb sürücünün avtomobili yüksək sürətlə idarəetməsi olub. Faktüzrə cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə S.Sultanov 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO