Nazirlikdən qar uçqunu ilə bağlı MÜRACİƏT: “İyun ayının 3-nə kimi...”

Nazirlikdən qar uçqunu ilə bağlı MÜRACİƏT: “İyun ayının 3-nə kimi...”

Hazırda oxunan: Nazirlikdən qar uçqunu ilə bağlı MÜRACİƏT: “İyun ayının 3-nə kimi...”

252013

Fövqəladə Hallar Nazirliyi (FHN) qar uçqunu təhlükəsi ilə əlaqədar xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

“Temperaturun yüksəlməsi fonunda iyun ayının 3-nə kimi yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı mövcuddur.

Bununla əlaqədar nazirlik vətəndaşları göstərilən müddətdə yüksək dağlıq ərazilərə səfərlərdən çəkinməyə, belə bir zərurət yarandıqda isə müvafiq təhlükəsizlik qaydalarına əməl etməyə, o cümlədən qar uçqunu ehtimalı olan yerlərdən, habelə dik yamaclardan kənar gəzməyə çağırır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO