Azərbaycan Ordusunda “Həyəcan” siqnalı: "Smerç” YARS-dan atışlar icra olundu – VİDEO

Azərbaycan Ordusunda “Həyəcan” siqnalı: "Smerç” YARS-dan atışlar icra olundu – VİDEO

Hazırda oxunan: Azərbaycan Ordusunda “Həyəcan” siqnalı: "Smerç” YARS-dan atışlar icra olundu – VİDEO

251948

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının “Smerç” yaylım atəşli reaktiv sistemli (YARS) bölməsinin döyüş atışlı taktiki təlimi keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Həyəcan” siqnalı ilə qaldırılan reaktiv artilleriya bölməsi daimi dislokasiya məntəqəsini tərk edərək cəmləşmə rayonunda yerləşib, döyüş texnikaları döyüş tətbiqinə hazırlanıb. “Smerç” YARS bölməsi start mövqeyinə çıxarılaraq atış tapşırıqlarını uğurla icra edib.

Keçirilən döyüş atışlı taktiki təlimin əsas məqsədi bölmələrin şəxsi heyətinin döyüş qabiliyyətini artırmaq və hərbi qulluqçuların bilik və bacarıqlarını müasir döyüşün tələblərinə uyğun təkmilləşdirməkdən ibarətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO