Mayın 29-da Rusiyanın Novosibirsk şəhərinin Zaeltsovski Rayon Məhkəməsi rüşvət almaqda şübhəli bilinən Rusiya Milli Qvardiyasının Novosibirsk vilayəti üzrə qeyri-departament mühafizə idarəsinin rəisi Rövşən Qurbanov barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.
Bizim.Media xəbər verir ki, bu barədə Novosibirsk vilayəti üzrə Məhkəmə Departamenti məlumat yayıb.
Bildirilib ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 5-ci hissəsinin “b” və “c” bəndləri ilə təqsirləndirilən polis polkovniki Rövşən Qurbanovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatətinə baxılıb.
Qurbanov barəsində 2025-ci il iyulun 27-dək həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, o, aprelin 30-da “WhatsApp” vasitəsilə “Lemana PRO” ticarət mərkəzinin fövqəladə halların qarşısının alınması şöbəsinin müdiri ilə əlaqə saxlayıb və ondan 293 min rubldan çox dəyərində tikinti materialları şəklində rüşvət verməsini tələb edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:46 / 29.05.2025
Rövşən Qurbanov HƏBS EDİLDİ
Hazırda oxunan: Rövşən Qurbanov HƏBS EDİLDİ
Hazırda oxunan: Rövşən Qurbanov HƏBS EDİLDİ
251921
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.