Xəbər verildiyi kimi gecə saatlarında Gəndab-Yalama yolunun Xaçmaz rayonunun Qusarçay kəndindən keçən hissəsində "Mersedes" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xaçmazda baş verən qəzada "Mersedes"in sürücüsünün kimliyi bəlli olub. Bu, Xaçmaz sakini Vüqar Mübariz oğlu Osmanovdur. O və daha 2 sərnişin qəza nəticəsində xəsarət alıb.Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə nəticəsində 21 yaşlı sərnişin, Araz Məmmədov həyatını itirib. Məlumata görə o, bir neçə ay əvvəl hərbi xidmətini başa vurubmuş.
Faktı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi araşdırır.
Hadisə yerindən özəl fotoları təqdim edirik.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
11:23 / 29.05.2025
Hərbi xidmətdən yenicə qayıtmış gənc qəzanın QURBANI oldu – ÖZƏL/FOTO
Hazırda oxunan: Hərbi xidmətdən yenicə qayıtmış gənc qəzanın QURBANI oldu – ÖZƏL/FOTO
Hazırda oxunan: Hərbi xidmətdən yenicə qayıtmış gənc qəzanın QURBANI oldu – ÖZƏL/FOTO
251918
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.