DİQQƏT! Bu evlərin qiyməti kəskin bahalaşacaq – Tarix verildi

DİQQƏT! Bu evlərin qiyməti kəskin bahalaşacaq – Tarix verildi

Hazırda oxunan: DİQQƏT! Bu evlərin qiyməti kəskin bahalaşacaq – Tarix verildi

251903

İsti havaların başlaması ilə bağ evlərinə maraq artıb. Xüsusilə Abşeron və ətraf ərazilərdə belə evlərin kirayə və satışında canlanma müşahidə olunur. Bildirilir ki, bu, qiymətlərdə də özünü göstərəcək.

Bağ evlərinin qiyməti və kirayəsi kəskin bahalaşa bilərmi?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı “globalinfo.az”a danışan əmlak üzrə ekspert Anar Nəsirovun sözlərinə görə, hər il aprelin sonu və mayın əvvəli torpaq sahələrinin, həyət evlərinin satışı və kirayəsində qiymət artımı müşahidə olunur:

“Bu il mövsüm dəyişkənliyi səbəbindən tələbat bir qədər azalıb. Yay aylarında isə dənizə yaxın ərazilərdə istirahət edənlərin sayı kəskin artır. Havanın temperaturu yüksəldikcə insanlar bağ evlərinə üz tutur, tələbat artdıqca qiymətlər də bahalaşır. Hazırda dediyim kimi, havalar sərin və yağışlı keçdiyindən kirayə və satış bazarında xüsusi dəyişiklik yoxdur. Fikrimcə, yaxın günlərdə sözügedən bazara maraq artacaq. Ümumiyyətlə, tələb təklifi üstələdikdə qiymətlər avtomatik yüksəlir”.

Ekspert əlavə edib ki, bağ və həyət evlərini satışa çıxaranlar əsasən yay aylarını seçirlər:

“Yayda yollar quru olur və tikinti işləri sürətlə aparılır. Buna görə də torpaq sahələrinin satışı adətən yayda artır və bu, qiymətlərin yüksəlməsinə səbəb olur. Çıxarışı olan torpaq sahələri və həyət evlərinin qiymətində də artım müşahidə edilir. Bu tendensiya davam edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO