Azərbaycanla Özbəkistan arasında Birinci Rektorlar Forumu KEÇİRİLİB – FOTO

Azərbaycanla Özbəkistan arasında Birinci Rektorlar Forumu KEÇİRİLİB – FOTO

Hazırda oxunan: Azərbaycanla Özbəkistan arasında Birinci Rektorlar Forumu KEÇİRİLİB – FOTO

251901

Azərbaycan və Özbəkistan arasında Birinci Rektorlar Forumu baş tutub.

Bizim.Media xəbər verir ki, 28–29 may tarixlərində Əndican şəhərində “Azərbaycan–Özbəkistan: Ali təhsildə əməkdaşlığın inkişafında prioritet istiqamətlər” mövzusunda keçirilən Birinci Rektorlar Forumunda Elm və təhsil nazirinin müavini İdris İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də hər iki ölkənin ali təhsil müəssisələrinin rəhbərləri iştirak edib.

Forumun açılışında çıxış edən Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Şaxrux Daliyev və Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev iki ölkə arasında elm və ali təhsil sahəsində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb, forumun universitetlərarası tərəfdaşlıqların genişlənməsinə və birgə layihələrin təşviqinə töhfə verəcəyini bildiriblər.

Sessiyalar zamanı ikili diplom proqramlarının yaradılması, tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar və beynəlxalq reytinqlərdə irəliləyiş kimi mövzular müzakirə olunub.

Forum çərçivəsində Azərbaycan universitetləri (ADNSU, ADİU, ADU, ADPU, ADMİU, AzTU, AzMİU, ATU, BDU, BMU, BSU, LDU, MDU, NDU, QU, SDU , BANM) ilə Özbəkistanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq sənədləri imzalanıb, yeni layihələrin əsasını qoyan razılaşmalar əldə olunub.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO