2025-ci ildə ölkələr üzrə gözlənilən ömür uzunluğu – İNFOQRAFİKA

2025-ci ildə ölkələr üzrə gözlənilən ömür uzunluğu – İNFOQRAFİKA

Hazırda oxunan: 2025-ci ildə ölkələr üzrə gözlənilən ömür uzunluğu – İNFOQRAFİKA

251896

BMT-nin “Dünya əhalisinin perspektivləri” adlı hesabatına əsasən dünyanın ən yüksək orta ömür uzunluğu Monakoda qeydə alınıb. Bu il həmin ölkədə doğulan bir uşaq orta hesabla 87 ilyaşaya bilər.

Bizim.Media BMT-nin məlumatına istinadla xəbər verir ki, gözlənilən ömür uzunluğu bütün yaş qruplarında ölüm səviyyələrinin cari ildəki kimi qalacağı təqdirdə, bir insanın ortalama neçə il yaşayacağının proqnozlaşdırılmış göstəricisidir.

Ən uzun ömür gözlənilən ilk on ölkə və ərazilər bunlardır: San-Marino – 86 il, Honqkonq, Yaponiya, Cənubi Koreya, Sen-Bartelemi – 85 il, Andorra, Fransız Polineziyası, İsveçrə, Avstraliya – 84 il.

Regional baxımdan ən yüksək ömür uzunluğu Qərbi Avropa ölkələrində qeydə alınır. Şərqi Avropa ölkələrində isə bu göstərici bir qədər aşağıdır.

Azərbaycanda bu il doğulan bir uşağın orta hesabla 80 il yaşaması proqnozlaşdırılır.

Digər tərəfdən, bir sıra Afrika ölkələrində bu göstərici 60 ildən aşağıdır. Ən aşağı orta ömür uzunluğu isə Nigeriyada müşahidə olunur – cəmi 55 il. (azərtac.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO