Əli Həsənovun arvadına məxsus bağçada şiddət - VİDEO

Əli Həsənovun arvadına məxsus bağçada şiddət - VİDEO

Hazırda oxunan: Əli Həsənovun arvadına məxsus bağçada şiddət - VİDEO

251893

Polis Lənkəranda bağçada uşaqlara göstərilən şiddətlə bağlı araşdırma aparır.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, hazırda məsələ ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır. Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizadan keçirilməsi təmin edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək.

Xatırladaq ki, sosial şəbəkədə şəhər ərazisində yerləşən “Kaspi Kids” uşaq bağçasında azyaşlılara şiddət göstərilməsi ilə bağlı video görüntülər yayılıb.

Qeyd edək ki, sözügedən bağça Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevaya məxsusdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO