Köhnə dəmli çay XƏRÇƏNG YARADIR

Köhnə dəmli çay XƏRÇƏNG YARADIR

Hazırda oxunan: Köhnə dəmli çay XƏRÇƏNG YARADIR

251875

Səhər açılar-açılmaz mətbəxə keçib çaydanı işə salmaq azərbaycanlıların adətidir. Amma çoxları bilmədən səhv edir: əvvəlki günün dəmli çayını ocağa qoyub yenidən qızdırır, bir stəkan da ondan içir.

Halbuki bu görünməz təhlükə mənbəyidir.

Bizim.Media xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edirlər.

Çay dəmləndikdən sonra 30-45 dəqiqə ərzində içilməzsə, həm dadını itirir, həm də tərkibindəki faydalı maddələr oksidləşməyə başlayır. Oksidləşmə dediyin isə zərərli maddələrin yaranmasına zəmin yaradır. Ən qorxulusu - nitritlər. Bu toksik maddələr immun sistemi zəiflədir, mədə-bağırsaq problemləri yaradır, uzun müddət davam edərsə, xroniki xəstəliklərin də səbəbi ola bilər.

Yay aylarında isə məsələ daha da ciddiləşir.

Açıqda qalan çay bakteriyaların sevimli məkanına çevrilir. İçirsən - bilmədən öz bədəninə zərər verirsən.

Qənaət üçün edilən bu sadə görünən vərdiş uzun müddətdə sağlamlığa baha başa gələ bilər. Odur ki, mütəxəssislər deyirlər: təzə dəm çay içmək həm dadlıdır, həm faydalı. Gecədən qalan çaya ümid bağlamaqdansa, hər dəfə az miqdarda, amma təzə dəm hazırlamaq daha doğru seçimdir. (Milli.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO