Neftçalada iki qardaşın evdə təmir aparmağı faciə ilə nəticələndi –TƏFƏRRÜAT – FOTO/VİDEO

Neftçalada iki qardaşın evdə təmir aparmağı faciə ilə nəticələndi –TƏFƏRRÜAT – FOTO/VİDEO

Hazırda oxunan: Neftçalada iki qardaşın evdə təmir aparmağı faciə ilə nəticələndi –TƏFƏRRÜAT – FOTO/VİDEO

251807

Neftçala rayonunun Xolqaraqaşlı kəndində təmir işləri zamanı evdə baş vermiş partlayış və yanğın hadisəsi faciə ilə nəticələnib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə evdə aparılan təmir zamanı qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Neftçalada ev YANDI: Ölən və xəsarət alan var - FOTO


İlkin ehtimallara görə, iki qardaş döşəməyə dolğu materialı tətbiq edərkən, onlardan biri siqaret yandırıb. Bu isə qaz qarışığının alışmasına və partlayışa səbəb olub. Nəticədə evdə yanğın başlayıb.


Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məxsus canlı qüvvələr və texnika cəlb olunub. Yanğın qısa müddətdə nəzarət altına alınıb və söndürülüb.

Hadisə zamanı 24 yaşlı Bayram Əzizov hadisə yerində həyatını itirib. Onun qardaşı, 30 yaşlı Babək Əzizov isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yanğın nəticəsində 130 kvadratmetrlik, 4 otaqlı evin bir otağı tamamilə yararsız vəziyyətə düşüb.

Məlumata görə, dünyasını dəyişən Bayram Əzizov subay olub. Yaralanan qardaşı Babək Əzizov isə ailəlidir.

Faktla bağlı araşdırmalara başlanılıb.







Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO