Zelenski: Ruslar bunu növbəti ildə hiss edəcək

Zelenski: Ruslar bunu növbəti ildə hiss edəcək

Hazırda oxunan: Zelenski: Ruslar bunu növbəti ildə hiss edəcək

251799

“2026-cı ilin iyununa qədər müharibənin bitəcəyinə ümid var. Çünki Rusiya sanksiyalarının təsirini daha güclü hiss edəcək”

Bizim.Media “RBC.ua”ya istinaddən xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
 

Zelenskinin fikrincə, Rusiyaya qarşı sanksiyalarla bağlı konkret addımlar atılmalıdır. Bununla belə, ABŞ və Avropada Rusiya ilə dialoq imkanlarını məhdudlaşdırmaq istəyən güclər mövcuddur.


Ukrayna Prezidenti qeyd edib ki, maliyyə büdcə kəsirini proqnozlaşdırmaq çətindir. Ancaq Rusiya üçün hazırda ən böyük problem hərbi-sənaye kompleksinin genişləndirilməsidir.

"Biz görürük ki, gələn il bu kompleks böyüyə bilməyəcək. Onlar iqtisadiyyatlarını tam şəkildə müharibəyə yönəldirlər.

Qeyd edək ki , Avropa İttifaqı 20 mayda Rusiyaya qarşı 17-ci sanksiya paketini qəbul edib. Bu paket əsasən Rusiya “kölgə donanması”na yönəlib. Üstəlik, Aİ hazırda yeni sanksiya paketi üzərində işləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO