Lənkəranda baş verən partlayış nəticəsində xəsarət alan şəxs paytaxt xəstəxanalarından birinə yerləşdirilib.
Bu barədə Bizim.Media-nın Cənub bürosunun sorğusuna cavab olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Lənkəranda mağazada PARTLAYIŞ – Xəsarət alan var - FOTO
Qeyd olunub ki, 28 may 2025-ci il səhər saatlarında baş verən partlayış nəticəsində bir nəfər – kişi cinsli şəxs xəstəxananın təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Ona bədənin müxtəlif nahiyələrində birinci və ikinci dərəcəli termiki yanıq diaqnozu qoyulub. Yaraları ilkin tibbi işlənmədən sonra müalicəsinin davamı üçün Bakı şəhərində yerləşən Nərimanov Rayon Yanıq Mərkəzinə göndərilib.
Sabutay, Bizim.Media, Cənub bürosu