Bakıda bu evlərin sahiblərinə kompensasiya ÖDƏNİLDİ

Bakıda bu evlərin sahiblərinə kompensasiya ÖDƏNİLDİ

Hazırda oxunan: Bakıda bu evlərin sahiblərinə kompensasiya ÖDƏNİLDİ

251761

Ötən ilin payızında paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində sakinlərin 18 il yaşadıqları evlər çöküb.

Bizim.Media xəbər verir ki, o zaman məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirilmişdi ki, Əhmədli qəsəbəsinin 4-cü Buta küçəsində Bakı Sukanal İdarəsinin istismarında olan 7 metr dərinlikdəki, diametri 1 200, 700 mm-lik boruların, o cümlədən ölçüsü 2 kvadratmetr olan dəmir beton konstruksiyadan ibarət qutu tipli kollektorun üzərində tikinti norma və qaydalarının tələbləri pozulmaqla fərdi yaşayış evləri tikilib.

Artıq sakinlərə kompensasiya ödənilib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, kompensasiya köçürülən günədək sakinlərin aylıq kirayə haqqı da qurum tərəfindən hər ay vaxtlı-vaxtında ödənilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO