Lənkəranda mağazada PARTLAYIŞ – Xəsarət alan var - FOTO

Lənkəranda mağazada PARTLAYIŞ – Xəsarət alan var - FOTO

Hazırda oxunan: Lənkəranda mağazada PARTLAYIŞ – Xəsarət alan var - FOTO

251751

Lənkəran rayonunun Şovu kəndində ərzaq məhsullarının satıldığı kiçik bir mağazada baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.

Mağazanı işlədən kənd sakini Mahir Cəbrayılov hər zamanki kimi işə gələrək içəri daxil olub və elektrik cihazlarını işə salan zaman güclü partlayış baş verib. Nəticədə obyektin qapıları yerindən qopub, tavan uçub və şüşələr qırılıb.
 

Hadisə zamanı Cəbrayılov müxtəlif bədən xəsarətləri alıb və dərhal xəstəxanaya çatdırılıb. Hal-hazırda onun vəziyyəti ciddi olaraq qiymətləndirilir və reanimasiya şöbəsində müalicə alır.


İlkin məlumatlara əsasən, partlayışa səbəb soyuduculardan birindəki qaz balonunun sıradan çıxması ola bilər. Kənd sakinləri bildirirlər ki, mağazanın qarşısından qaz xətti keçir və sızma ehtimalı da nəzərdən keçirilir.

Qeyd edək ki, partlayış baş verən mağaza təxminən 20 kvadratmetr sahəni əhatə edir və əsasən gündəlik ərzaq məhsullarının satışı ilə məşğul olur.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.



Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO