Yerdəki ən qəribə canlılar: Öz başlarını kəsirlər, işıqla qidalanırlar

Yerdəki ən qəribə canlılar: Öz başlarını kəsirlər, işıqla qidalanırlar

Hazırda oxunan: Yerdəki ən qəribə canlılar: Öz başlarını kəsirlər, işıqla qidalanırlar

251733

Tədqiqatçılar başını bədənindən ayıran və yeni bədən yetişdirə bilən, eyni zamanda okeanın ən maraqlı canlılarından sayılan dəniz ilbizləri barədə məlumat veriblər. Onların digər diqqətçəkən xüsusiyyəti isə günəş işığı ilə qidalanmalarıdır.

Bizim.Media xəbər verir ki, bu barədə "Science Focus" nəşri xəbər yayıb.
 

Qeyd edilib ki, "Costasiella kuroshimae" adlı dəniz ilbizləri maksimum 1 santimetrə qədər böyüyür və yosunlarla qidalanır.


Ən maraqlısı isə odur ki, yosunlardakı fotosintez edən xloroplastları udaraq onları bədənlərində saxlayır və bu orqanellər dəniz ilbizinin bədənində fotosintezi davam etdirərək ona enerji verir.

Bu proses sayəsində onlar bir növ "Günəş işığı ilə qidalanmış" olurlar.

"Elysia marginata" adlı digər dəniz ilbizi isə daha da qəribə xüsusiyyətə malikdir: o başını bədənindən ayıraraq bir neçə saat ərzində tamamilə atır. Orijinal baş təkbaşına qalır və zamanla yeni bədən yetişdirir. Alimlər bu davranışın parazitlərdən xilas olmaq üçün inkişaf etmiş müdafiə üsulu ola biləcəyini düşünürlər.

Bu nadir canlılar İndoneziya, Yaponiya və Filippin sahillərində qeydə alınıb. Elm adamlarının fikrincə, bu orqanizmlərin öyrənilməsi təbiətdəki adaptasiya mexanizmlərinin və enerji istifadəsinin daha dərindən başa düşülməsinə imkan verir. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO