Arvad silləsi yeyən Makronu belə ələ saldılar – FOTO

Arvad silləsi yeyən Makronu belə ələ saldılar – FOTO

Hazırda oxunan: Arvad silləsi yeyən Makronu belə ələ saldılar – FOTO

251725

Vyetnama səfəri zamanı Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron tərəfindən sillə ilə vurulması məsələsi hələ də gündəmdən düşmür.

Belə ki, hadisədən sonra jurnalistlərə açıqlama verən Makron “Bu, həyat yoldaşımla tez-tez etdiyimiz zarafatlardan biridir” deyərək baş verənləri yumşaltmağa çalışsa da, bu, rezonans doğuran hadisənin təsirini azaltmaq üçün kifayət etməyib. Bu hadisədən sonra Fransada Makronu ələ salmağa başlayıblar.

Bizim.Media “Sözcü” qəzetinə istinadən xəbər verir ki, bu dəfə Fransada idman zalında asılmış plakat gündəm mövzusuna çevrilib.

Makronun şəklinin qoyulduğu plakatda deyilir: "Arvadın səni döyürmü? Onda özünümüdafiə dərslərimizə qatıl!"

Plakat sosial şəbəkələrdə sürətlə yayılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO