Kolumbiyada naməlum uçan kürə qəzaya uğrayıb. Alimlər hazırda "yadplanetli" olduğu deyilən sirli kürəni tədqiq edirlər.
Bizim.Media NTV Haber-ə istinadən xəbər verir ki, sözügedən kürənin görüntüləri yayımlanıb.
Göydə ziqzaq trayektoriya ilə uçduğu görünən kürənin enişdən az sonra tapıldığı bildirilir.
Tədqiqatlar zamanı bəlli olub ki, kürə üç qat metal materialdan ibarətdir.
Radioloq Joe Luis Velazquez iddia edir ki, kürədə ona insan əli dəydiyini göstərən heç bir qaynaq və ya işləmə, boya əlamətləri yoxdur. Kürənin 3D metal printerlə istehsal olunduğu güman edilir. Üstəlik kürənin üzərindəki yazıların nə demək olduğu da məlum deyil.
Mütəxəssislər vurğulayırlar ki, kürənin mənşəyini müəyyən etmək üçün daha çox sınaq lazımdır.
Bizim.Media