"Özəl tibb müəssisələrində bir çox həkim 18:00-a qədər xəstə qəbul edir, ondan sonra isə əməliyyat icra edir".
Bizim.Media “Teleqraf.az”a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin Səhiyyə komitəsində müzakirəyə çıxarılan Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, insan 8 saatdan çox işləyəndə yorulur və səhv etmək ehtimalı çoxalır:
"İş vaxtından sonra əməliyyat vacibdirsə icra edilməlidir. Çünki həkimlər bütün əməliyyatları demək olar ki, sözügedən vaxtdan sonraya salırlar. Bu, qadağan olunmalıdır".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:33 / 28.05.2025
18:00-dan sonra xəstə əməliyyatı həkimlərə qadağan edilsin!
Hazırda oxunan: 18:00-dan sonra xəstə əməliyyatı həkimlərə qadağan edilsin!
Hazırda oxunan: 18:00-dan sonra xəstə əməliyyatı həkimlərə qadağan edilsin!
251720
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.