Soğanı göz yaşı tökmədən doğramağın elmi sirri açıldı

Soğanı göz yaşı tökmədən doğramağın elmi sirri açıldı

Hazırda oxunan: Soğanı göz yaşı tökmədən doğramağın elmi sirri açıldı

251718

Kornell Universitetinin alimləri soğanı göz yaşı tökmədən kəsməyin effektiv yolunu tapıblar. Məlum olub ki, bunun üçün heç bir xüsusi eynək və ya mürəkkəb mətbəx alətlərinə ehtiyacınız yoxdur - sadəcə kəskin bıçaq və yavaş hərəkətlər.

Bizim.Media xəbər verir ki, araşdırma "arXiv" platformasında dərc edilib.

Problemin kökündə "sin-propanetial-S-oksid" adlı maddə durur. Hansı şərtlərin bu maddənin ifrazını artırdığını başa düşmək üçün elm adamları xüsusi gilyotin hazırlayıblar. Onun köməyi ilə soğanları müxtəlif kəskinlik dərəcələrində olan bıçaqlarla müxtəlif sürətlə kəsiblər.
 

Məlum olub ki, küt bıçaq soğanı kəsmir, əzir. Eyni zamanda, daxili təbəqələr əyilir. Bu anda göz qıcıqlanmasına səbəb olan mikroskopik şirə damcıları havaya buraxılır. Bıçaq kəskin olarsa, təzyiq minimaldır, təbəqələr deformasiya olunmur və demək olar ki, heç bir damla püskürdülmür.


Kəsmə sürətinin də mühüm rol oynadığı ortaya çıxıb. Məşhur inancın əksinə olaraq, sürətlə hərəkət etmək havaya daha çox soğan şirəsinin buraxılması ilə nəticələnəcək. Yavaş doğradıqda isə, təbəqələr səliqəli şəkildə kəsiləcək. Müəlliflər vurğulayırlar ki, aşpazların rahatlığı ilə yanaşı, bu üsul mətbəxin havasında mikrodamcıların və potensial patogenlərin yayılmasının qarşısını ala bilər. (Publika.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO