Əhalinin NƏZƏRİNƏ: Mayın 28-də səhər saatlarından başlayaraq...

Əhalinin NƏZƏRİNƏ: Mayın 28-də səhər saatlarından başlayaraq...

Hazırda oxunan: Əhalinin NƏZƏRİNƏ: Mayın 28-də səhər saatlarından başlayaraq...

251657

Maqnit qasırğası yaxın günlərdə Yer kürəsini yenidən əhatə edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar və Günəş-Yer Fizikası institutlarının Günəş astronomiyası laboratoriyasının rəsmi saytında məlumat verilib.
 

Proqnoza görə, mayın 28-də səhər saatlarından başlayaraq, günortaya qədər nisbətən güclü G1 səviyyəli geomaqnit qasırğası müşahidə olunacaq.


Axşama doğru maqnitosfer normallaşacaq.

Qasırğa nisbətən zəif olsa da, bəzi meteohəssas insanlar təzyiq dəyişiklikləri, baş ağrısı və ümumi narahatlıq hiss edə bilərlər. Həkimlər belə vaxtlarda ağır fiziki işlərdən uzaq durmağı və təmiz havada yüngül gəzintilər etməyi tövsiyə edirlər. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO