Liseylərə qəbulun yalnız VI sinif şagirdlərinə şamil olunmasının SƏBƏBİ NƏDİR?

Liseylərə qəbulun yalnız VI sinif şagirdlərinə şamil olunmasının SƏBƏBİ NƏDİR?

Hazırda oxunan: Liseylərə qəbulun yalnız VI sinif şagirdlərinə şamil olunmasının SƏBƏBİ NƏDİR?

251648

"Yeni yanaşma lisey və gimnaziyalara qəbul prosesinin VI sinifdə təhsil alan (yəni növbəti il VII sinfə keçəcək) şagirdlərlə məhdudlaşdırılmasını nəzərdə tutur".

Bu barədə Bizim.Media-ya Təhsil İnstitutundan bildirilib.

Qeyd edilib ki, bu dəyişiklik lisey və gimnaziyalara şagirdlərin daha dolğun akademik və psixoloji hazırlıq səviyyəsində qəbulunu təmin etmək məqsədi daşıyır:
 

“Beynəlxalq təcrübələr göstərir ki, təmayül əsaslı seçimlər erkən yaşlarda deyil, müəyyən baza bilikləri formalaşdıqdan sonra aparıldıqda daha ədalətli və səmərəli nəticələr əldə edilir.


Nəzərdə tutulduğu kimi, lisey və gimnaziyaların VII siniflərinə qəbul əvvəlcədən elan olunduğu qaydada keçiriləcək. Digər yaş qrupları üzrə qəbul prosedurlarına dair əlavə məlumatlar isə yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO