Qusarın Gədəzeyxur kəndində 28 May-Müstəqillik Günü ilə bağlı tədbir KEÇİRİLDİ - FOTO

Qusarın Gədəzeyxur kəndində 28 May-Müstəqillik Günü ilə bağlı tədbir KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: Qusarın Gədəzeyxur kəndində 28 May-Müstəqillik Günü ilə bağlı tədbir KEÇİRİLDİ - FOTO

251634

Bu gün Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Qusar Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Gədəzeyxur kənd Folklor evində 28 May-Müstəqillik Günü ilə əlaqədar olaraq, “Əbədi yaşa, azad və müstəqil Azərbaycan” adlı möhtəşəm bayram tədbiri təşkil edilib.

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, rayonun Aşağı Ləgər, Gündüzqala, Bədişqala, Əvəcük, Xuluq, Gədəzeyxur kənd klub müəssisələrinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir böyük maraqla qarşılanıb.
 

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ceyhun Hacıyev, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar Rayon Mədəniyyət Mərkəzinin direktoru Reyhan Həsənova, kənd mədəniyyət müəssisələrinin əməkdaşları, şəhid ailələrinin üzvləri və qazilər, məktəb şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər 28 may tarixinin Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyətindən danışıblar.

Tədbirin bədii hissəsi kənd mədəniyyət müəssisələrinin musiqi kollektivlərinin iştirakı ilə konsert proqramı ilə davam etdirilib.










Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO