Qoca Əmiraslanovun evindən 110 minlik oğurluq - Yoldaşının xalası oğlu da tutuldu

Qoca Əmiraslanovun evindən 110 minlik oğurluq - Yoldaşının xalası oğlu da tutuldu

Hazırda oxunan: Qoca Əmiraslanovun evindən 110 minlik oğurluq - Yoldaşının xalası oğlu da tutuldu

251613

Möcüzəli Naftalan Sağlamlıq Mərkəzinin rəhbəri Qoca Əmiraslanovun evindən külli miqdarda oğurluq edilib.

Bizim.Media xəbər verir ki, mənzildən 100 min manatdan çox oğurluq edilib.

Oğurluğa görə 3 nəfər həbs edilib. Onlardan biri Qoca Əmiraslanovun xanımının xalası oğlu olub.

Oğurluq hadisəsi Əmiraslanovlar ailəsinin restoranda olduğu gün baş verib. Onlar restoranda olan zaman Əmiraslanovun xanımı İlkanənin doğum gününü qeyd edirmişlər. İlkanə Əmiraslanovanın xalası oğlu bunu fürsət bilərək onun maşınından evin açarını götürərək tanışına verib.

Əmiraslanovlar restoranda olan zaman onların mənzilinə daxil olaraq 60 min manat nağd pul və 50 min manata yaxın qızıl-zinət əşyaları götürüblər. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO