Nazirdən benzinlə bağlı mühüm açıqlama: “Məcbur olduq”

Nazirdən benzinlə bağlı mühüm açıqlama: “Məcbur olduq”

Hazırda oxunan: Nazirdən benzinlə bağlı mühüm açıqlama: “Məcbur olduq”

251609

Azərbaycana benzin idxalının artmasının səbəbi açıqlanıb.

Bizim.Media xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Sahil Babayev deyib ki, benzinin ölkəyə idxalının artmasının əsas səbəbi barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəqiq məlumatı verə bilər.

“Ancaq bizim ehtimallarımıza görə, bunun səbəbi ötən il ölkəmizdə keçirilən beynəlxalq tədbirlərlə bağlı 2 aya yaxın Neft Emalı Zavodunun bağlanmasıdır. Zavodunun bağlanmasına görə tələbatı ödəmək üçün Aİ-92 markalı benzin idxal etməli olduq”, – deyə nazir bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO