Naxçıvan Konstitusiyası DƏYİŞİR – Muxtar Respublikada yeni dönəm BAŞLAYIR

Naxçıvan Konstitusiyası DƏYİŞİR – Muxtar Respublikada yeni dönəm BAŞLAYIR

Hazırda oxunan: Naxçıvan Konstitusiyası DƏYİŞİR – Muxtar Respublikada yeni dönəm BAŞLAYIR

251555

Son günlərdə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi gündəmdədir. Belə ki, Naxçıvan Konstitusiyasına dəyişikliklər barədə qanun təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim ediləcək.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sözlərinə görə, muxtar respublikada həyata keçirilən struktur islahatları, səlahiyyətli nümayəndəlik institutunun yaradılması, yeni idarəçilik qaydalarının tətbiqi, dövlət orqanlarının yenidən formalaşdırılması və qanunvericilik sisteminin təkmilləşdirilməsi kimi tədbirlər Naxçıvan Muxtar Respublikası Konstitusiyasında da dəyişikliklərin edilməsini zəruri edib. Hazırlanmış qanun layihəsi qeyd olunanları əhatə etməklə muxtar respublikada yeni idarəetmə modelinin tətbiqini nəzərdə tutur.

Dəyişikliklərin edilməsi niyə vacibdir?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bu dəyişikliklərin bir qismi zəruri xarakter daşıyır.

Onun sözlərinə görə, Azərbaycan Konstitusiyası ilə Naxçıvan Muxtar Respublikasının əsas qanunu arasında müəyyən boşluqlar meydana çıxır:

“Ona görə də bəzi məqamların dəqiqləşdirilməsinə ehtiyac var.

 “Bəzi məqamlar referendum yolu ilə dəyişə bilər. Azərbaycan Konstitusiyası dəyişilməlidir ki, bu, Naxçıvanda da nəzərə alınsın. Amma hansı müddəaları ki, Naxçıvan MR-nın Konstitusiyasında dəyişmək mümkündür, onda bu dəyişikliklərin edilməsi nəzərdə tutulur. Amma bunu yenə də Azərbaycan Milli Məclisi təsdiq etməlidir”, - deyə deputat qeyd edib.

Fazil Mustafa əlavə edib ki, Konstitusiya əbədi sənəd deyil və günün tələblərinə uyğun olaraq fundamental hadisələr baş verdikcə, onun da təkmilləşdirilməsi təbiidir.

Deputat bu istiqamətdə konkret detallar açıqlamasa da, atılan addımların dövrün tələblərindən irəli gəldiyini vurğulayıb:

“İndi konkret söyləyə bilmərəm bu hansı sahəyə fayda verəcək, amma, bütövlükdə günün tələbi üzrə belə bir addımın atıldığını söyləmək mümkündür”.

Aygün Hüseyn, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO