Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaraladı – ANBAAN VİDEO

Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaraladı – ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaraladı – ANBAAN VİDEO

251495

Sosial şəbəkələrdə paytaxtın Xətai rayonunda Naxçıvan Muxtar Respublikası Şərur rayon sakini Firudin Bağırova qarşı xuliqanlıq edilməsinə dair görüntülər yayılıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, F. Bağırovun qızı bir qrup şəxsin onların evinin qarşısına gələrək atası ilə münaqişə yaratdığını bildirib.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli sorğumuza cavab olaraq bildirib ki, hadisə mayın 20-si qeydə alınıb: “İnsident zamanı Rauf Şamxalov idarə etdiyi “Hyundai” markalı avtomobillə aralarında yaranan şəxsi mübahisə zamanı Firudin Bağırovu vuraraq xuliqanlıq hərəkətləri edib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, iki nəfər şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO