Babək Quliyev vəfat etdi

Babək Quliyev vəfat etdi

Hazırda oxunan: Babək Quliyev vəfat etdi

251492

Əməkdar mədəniyyət işçisi Babək Quliyev vəfat edib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, 70 yaşlı fotoqraf mayın 25-i dünyasını dəyişib.

B. Quliyev uzun illər Mədəniyyət Nazirliyi sistemində fotoqraf, videooperator, nazirliyin Elmi-Metodik Mərkəzinin nəzdində video-foto studiyasının rəhbəri vəzifələrində işləyib.

“Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərib. 90-cı illərdə Müdafiə Nazirliyində fotoreportyor, hərbi operator kimi çalışıb, cəbhə bölgələrində çoxsaylı çəkilişlər edib. Qarabağ müharibəsi veteranıdır.

2019-cu ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Qeyd edək ki, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Azər Quliyev mərhumun qardaşıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO