İçi pomidorla dolu olan yük avtomobili yandı - FOTO

İçi pomidorla dolu olan yük avtomobili yandı - FOTO

Hazırda oxunan: İçi pomidorla dolu olan yük avtomobili yandı - FOTO

251474

Ucarda iri tonnajlı yük avtomobili yanıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Ramal kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Hacıqabul rayon sakini, 46 yaşlı Marif Bayramovun idarə etdiyi  pomidorla yüklənmiş "Mercedes" markalı yük avtomobili anidən alışıb.

Dərhal hadisə yerinə FHN-in Ucar rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın zamanı avtomobildə olan 21 ton pomidorun 4 tonu yanaraq yararsız hala düşüb. 
Yükün qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub.

İlkin məlumata görə, pomidorla yüklənmiş "TIR"  Şəmkirdən Rusiyaya gedirmiş. Hadisəyə kondisionerdə baş verən nasazlıq səbəb olub.

Fakt araşdırılır.


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO