60 ailəyə pulsuz mənzillər VERİLƏCƏK

60 ailəyə pulsuz mənzillər VERİLƏCƏK

Hazırda oxunan: 60 ailəyə pulsuz mənzillər VERİLƏCƏK

251472

Əlilliyi müəyyən edilmiş daha bir qrup şəxsə və şəhid ailələrinə Şirvan şəhərində mənzillər veriləcək.

Bizim.Media iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Sosial Xidmətlər Agentliyi hazırlıqlara başlayıb.

Agentlik əlilliyi müəyyən edilmiş daha bir qrup şəxsə və şəhid ailələrinə verilməsi üçün 20 ədəd birotaqlı, 20 ədəd ikiotaqlı, 20 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı müvafiq işlərə start verib.

Qurum mənzillərin satın alınmasına 4,6 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
Xatırladaq ki, daha əvvəl Agentlik əlilliyi müəyyən edilmiş daha bir qrup şəxsə və şəhid ailələrinə verilməsi üçün Bakı şəhərində 40 ədəd birotaqlı, 40 ədəd ikiotaqlı, 20 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı müvafiq işlərə start verib.

Qurum paytaxt üzrə həmin mənzillərin satın alınmasına 8 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO