Mayın 26-da Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Naxçıvan Muxtar Respublikasında da icra olunub. Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən bir nəfər məhkumun cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, bu münasibətlə cəzaçəkmə müəssisəsində tədbir keçirilib. Penitensiar Xidmətin Strateji Planlaşdırma və Monitorinq Şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov Sərəncamın əhəmiyyətinə toxunaraq bildirib ki, cəzaçəkmə müəssisələrində məhbusların cəmiyyətə adaptasiyası və gələcək azad həyatlarını islaholunmuş şəkildə qurması üçün mütəmadi tədbirlər icra olunur.
Tədbirdə cəza müddəti azaldılan Fərdi İbrahimli də iştirak edib. Bu tədbir vətəndaşın azad həyata uyğunlaşmasına və məşğulluğunun təminatına imkan yaradacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:46 / 27.05.2025
Prezidentin əfv Sərəncamı Naxçıvanda bir məhkuma ŞAMİL EDİLDİ - FOTO
Hazırda oxunan: Prezidentin əfv Sərəncamı Naxçıvanda bir məhkuma ŞAMİL EDİLDİ - FOTO
Hazırda oxunan: Prezidentin əfv Sərəncamı Naxçıvanda bir məhkuma ŞAMİL EDİLDİ - FOTO
251471
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.