Daha 55 nəqliyyat vasitəsi hərraca ÇIXARILIR

Daha 55 nəqliyyat vasitəsi hərraca ÇIXARILIR

Hazırda oxunan: Daha 55 nəqliyyat vasitəsi hərraca ÇIXARILIR

251457

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iyulun 15-də dövlət mülkiyyətinə keçən avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə dövlət xidməti məlumat yayıb.

Bildirilib ki, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 340 995 manat olan 55 nəqliyyat vasitəsi çıxarılacaq.

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.
Hərraclar barədə daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO