Naxçıvanda AĞIR QƏZA: 5 nəfər xəsarət aldı

Naxçıvanda AĞIR QƏZA: 5 nəfər xəsarət aldı

Hazırda oxunan: Naxçıvanda AĞIR QƏZA: 5 nəfər xəsarət aldı

251273

Batabat yolunda avtomobil aşıb.

Bizim.Media xəbər verir ki, hadisə Naxçıvan-Batabat yolunun Biçənək kəndi ərazisində qeydə alınıb.

"Mercedes" markalı avtomobilin aşması nəticəsində Babək rayon Şəkərabad kənd sakinləri - 2014-cü il təvəllüdlü Fərhad Ceyhun oğlu Vəliyev, 2005-ci il təvəllüdlü Nuray Həsən qızı Həsənova, 2004-cü il təvəllüdlü Surə Zeynal qızı Zeynalova, 2003-cü il təvəllüdlü Nihad Həsən oğlu Həsənov, 2002-ci il təvəllüdlü Fərahim Ceyhun oğlu Vəliyev xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO