Qəzada Mingəçevir Xəstəxanasına aparılan şəxsin SON DURUMU

Qəzada Mingəçevir Xəstəxanasına aparılan şəxsin SON DURUMU

Hazırda oxunan: Qəzada Mingəçevir Xəstəxanasına aparılan şəxsin SON DURUMU

251269

25.05.2025-ci il tarixində saat 18:30 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 1988-ci il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub.

Bizim.Media xəbər verir ki, Xəstəxanadan verilən məlumata görə, oturaq sümüyünün sınığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib.

Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən şəxsin vəziyyəti stabil qiymətləndirilir.

Xatırladaq ki, Yevlaxda baş verən bədbəxt hadisə nəticəsində traktorçu Mustafayev Firdovsi İlqar oğlu ölüb, "QAZ-24" markalı avtomobilin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, traktor palçıq ərazidə batmış "QAZ-24" markalı minik maşınını çəkərkən aşıb.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO